ArxivXəbər lentiXəbərlər

Lənkəranda zəhərlənənlərdən 10 nəfərinin vəziyyəti ağırdır

Lənkəran rayonunda zəhərlənənlərdən 10 nəfərinin vəziyyəti ağırdır.

 Lənkəran Rayon Mərkəzi Xəstəxanasının (RMX) İnfeksion şöbəsinə yerləşdirilən 59 nəfərdən 49 nəfər ambulator muayinəyə buraxılıb.

“Digər 10 nəfər isə nəzarət altındadır”, – xəstəxanadan bildirilib.

Xatırladaq ki, sentyabrın 5-də Lənkəran Rayon Mərkəzi Xəstəxanasının İnfeksion şöbəsinə zəhərlənmə diaqnozu ilə 59 nəfər daxil olub. Xəstələrin əksəriyyətini 3-12 yaş arası uşaqlar təşkil edir. Onların arasında 2 nəfər böyük də olub.

Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma gigiyenası şöbəsinin müdiri İmran Abdullayevin “Report”a verdiyi açıqlamaya görə, zəhərlənmənin kənd ərazisindəki içməli su mənbəyinin başqa bir mənbə ilə qarışması nəticəsində baş verdiyi ehtimal olunur. O hazırda nümunələrin Bakıya göndərildiyini və yalnız müayinənin nəticələrindən sonra dəqiq diaqnoz söyləməyin mümkün olduğunu deyib.

Lənkəranda kütləvi zəhərlənən şəxslərdə yoluxucu xəstəliklərin əlamətləri var

“Lənkəran rayonunun Daşdatük kəndində baş verən kütləvi zəhərlənmə kənd sakinlərinin istifadə etdiyi bulaq suyuna yağış sularının qarışması nəticəsində baş verib”.

Bunu “Report”a Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev deyib.

İ.Abdullayev hazırda hadisə ilə əlaqədar Lənkərana getdiyini və zəhərlənmənin nədən baş verdiyini aydınlaşdırdıqlarıbı bildirib: “Baş verən hadisə zəhərlənmədən çox xəstələnmədir. Onlarda yoluxucu xəstəliklərin əlamətləri var. Vaxtilə kəndə bulaqdan su çəkilib. Quraqlıq olduğundan həmin bulağa əlavə mənbə kimi başqa bir yerdən də su çəkilib. Su xətti açıq olduğundan yağışlar yağanda istifadə olunan suya əlavə sular qarışıb. Kənd sakinlərinin xəstələnməsinə də həmin suyun səbəb olduğu ehtimal olunur. Hazırda nümunələr götürülüb, tam dəqqiləşdirmə aparılır”.

İ.Abdullayev onu da bildirib ki, xəstələnənlərin çoxu kiçik yaşlı uşaqlardır: “Onlar suyu çiy şəkildə içiblər”.

Onun sözlərinə görə, böyüklər arasında xəstələnən az saydadır: “Ortalama 50 nəfərdə problem baş verib. Hazırda onların vəziyyəti yaxşıdır. 30-40 nəfər artıq evə buraxılacaq”.

Şöbə müdiri onu da bildirib ki, başqa insanların xəstələnməməsi üçün təhlillər başa çatana kimi həmin bulaqdan su istifadə edilməsinə qadağa qoyulub. Kəndə rayon mərkəzindən avtomobillərlə içməli su gətirilir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button