ArxivXəbər lentiXəbərlər

L.Abdullayeva: İran Azərbaycanın mühüm tərəfdaşıdır

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva: İran Azərbaycana yaxın qonşu ölkədir və bir çox sahələrdə mühüm tərəfdaşımızdır.

“ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalar, onların mümkün nəticələri ekspertlərimiz tərəfindən araşdırılır”.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Leyla Abdullayeva ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaların qüvvəyə minməsi ilə bağlı Azərbaycanın mövqeyini açıqlayarkən deyib.

Leyla Abdullayeva deyib: “İran Azərbaycana yaxın qonşu ölkədir və bir çox sahələrdə mühüm tərəfdaşımızdır. Eyni zamanda, Azərbaycanla ABŞ arasında mövcud olan çoxşaxəli münasibətlər bizim üçün əhəmiyyət kəsb edir. Bu xüsusda, ABŞ tərəfindən İrana qarşı tətbiq edilən sanksiyalar və onların mümkün təsir və nəticələri ekspertlərimiz tərəfindən ətraflı şəkildə araşdırılır.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button