ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Bu gün AİP sədri Mövsüm Səmədovun doğum günüdür

Bu gün Azərbaycan İslam Partiyasının sədri Doktor Hacı Mövsüm Səmədovun doğum günüdür

Azərbaycan İslam Partiyasının sədri Doktor Hacı Mövsüm Səmədov 4 sentyabr 1965-ci ildə Quba rayonunda ziyalı ailəsində anadan olub.

O, Azərbaycan Tibb Universitetini bitirib. Vətən qarşısında hərbi xidmət borcunu zabit heyətində yerinə yetirib.

M. Səmədov həkimlik peşəsilə bir neçə il insanların xidmətində dayanıb. O, sonra həm də Ali ruhani təhsili alıb.

1990-cı ildə Mövsüm Səmədov Milli Azadlıq Hərəkatında iştirak edib. O, siyasi fəaliyyətinə AXC sıralarında başlamışdır.

1993-cü ildə Mövsüm Səmədov Azərbaycan İslam Partiyası sıralarına qəbul edilib. Hacı Mövsüm Səmədov əvvəlcə AİP Quba Rayon Komitəsinə, 2007-ci ildə siyasi qurumun növbəti qurultayında seçilərək partiyaya rəhbərlik etməyə başlayıb.

Doktor Hacı Mövsüm Səmədov bu gün islamçıların lideri və AİP sədri kimi sevilir, onun bütün fikir və düşüncələri böyük rəğbətlə qarşılanır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button