1 dəqiqəlik moizə: Belə olarsa baxışlarımız, danışıqlarımız, əməllərimiz düzələcək…

İslamazeri.az-ın “Din” rubrikasından…
“Əmrbeməruf və nəhyəzmunkər (yaxşı işlərə dəvət, pis işlərdən çəkindirmək) ənbiyanın yoludur. İslam Peyğəmbərindən bir gözəl rəvayət var. Buyururki, Qiyamət günü bir dəstə olacaq ki, bütün behişt əhli onlara tamaşa edəcək. (Yəni məqamlarına baxacaqlar). Onlar nə ənbiyadırlar (peyğəmbərlər), nə də şəhidlər. Onlara elə bir məqam veriləcəkki, hər kəs onlara baxacaq. Soruşdularki, Ya Rəsulallah, bəs onlar kimlərdir? Rəsulullah buyurduki, onlar Əmrbeməruf və nəhyəzmunkər edənlərdir.
İmam Hüseynin səhabələri bizə dərs veriblər; dərs ondan ibarətdirki, onlar bizə bildirirlərki, əgər bir gün imamınızı müdafiə etmək istəsəniz bizim kimi müdafiə edin. Rəvayətdə gəlirki, Aşura günü iki əmioğlu namaz vaxtı İmam Hüseynin (ə) qarşısında durdularki, oxlar imama dəyməsin, rahat namazını qılsın. Tarixçilər qeyd edir ki, ağac kimi imamın qarşısında durmuşdular. O qədər ox dəydi onlara, amma tərpənmədilər. İmam Hüseyn (ə) namazı bitirəndə, yerə yıxıldılar. İmam birinin başını dizinə alanda “Ya Əba Əbdillah! Sənə vəfa edə bildik?” deyə soruşdu. Ruhumuz İmam Hüseynin (ə) ruhu ilə peyvənd olunmalıdır. Əgər belə olarsa baxışlarımız, danışıqlarımız, əməllərimiz və dayanmağımız hamısı düzələcək.”
Hacı Abgül Süleymanovun moizəsindən götürülüb; İslamazeri.az-a istinad vacibdir