ArxivXəbər lentiXəbərlər
Lavrov Ermənistana gedəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyulun 4-ü İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı XİN başçıları Şurasının iclasında iştirak edəcək.
FaktXəbər-in məlumatına görə, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
“Nazirlər beynəlxalq və regional təhlükəsizliyin aktual problemləri və beynəlxalq aləmdə qarşılıqlı fəaliyyətin qiymətləndirilməsi məsələlərini müzakirə edəcəklər”, – deyə Zaxarova vurğulayıb.