ArxivXəbər lentiXəbərlər

Aip Azərbaycan xalqini qurban bayrami münasibəti ilə təbrik edir

AİP Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

“Dəyərli müsəlman bacı və qardaşlar!

Uca Tanrı bəndələrinə seçilmiş şəxslər göndərdiyi kimi, əlamətdar günlər də bəxş edib. Bu əlamətdar günlər insanların daha da mehriban, səmimi və vəhdətlərinin təşkil olunmasına xidmət edir. Təbii ki, belə günlərdən biri də Qurban Bayramıdır. Qurban Bayramı cəmiyyətdə sosial bərabərliyi yarada bilən gündür. Eyni zamanda bu bayram bütün kin-küdurəti qəlblərdən qovaraq, üzlərə təbəssüm gətirməyə qadirdir. Kəsilən hər bir qurban İlahi qarşısında bəndəliyin isbatı kimi təzahür edirsə, cəmiyyətimizdə də birlik, mehribançılıq və səmimiyyət o qədər möhkəmlənir.

Əziz həmvətənlər!

Kəsdiyiniz qurbanlar Allah dərgahında qəbul, etdiyimiz hər bir dua isə müstəcab olsun.

Qoy, uca və mərhəmətli Yaradan bu bayramı hər birimizə mübarək, arzularımızı isə gerçək etsin!

Xalqımız rifah içində yaşasın, dövlətçiliyimiz daha da möhkəmlənsin!

Bir daha Qurban Bayramı münasibətilə Azərbaycan xalqını təbrik edirik, habelə Həcc  ziyarətində olan zəvvarların və bütün müsəlmanlar tərəfindən  kəsilən qurbanların, oxunan duaların qəbul olunmasını Allahdan diləyirik”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button