ArxivIslamXəbər lentiXəbərlər

Əvəz Həsənov: “Ölkədə insan haqları ilə bağlı müsbətə doğru heçnə dəyişməyib”

Ötən 8 ay insan haqları səhəsində müəyyən qədər proseslər baş verdi. Belə ki, siyasi məhbus siyahısına daxil olan ondan artıq insan azadlığa çıxdı. Eyni zamanda son vaxtlara qədər ciddi təzyiqlər və həbslər dalğası müşahidə edilmirdi. Amma bütün bunlar hələ ki, ölkədəki insan haqları ilə bağlı proseslərin müsbətə doğru dəyişdiyindən xəbər vermir. Çünki, köklü fundamental proseslər hələ ki, açıq vəziyyətdə qalmaqdadır.

Hüquq müdafiəçisi Əvəz Həsənov deyib ki, Türkiyədə Gülən hərəkatı ilə bağlı qalmaqallar baş verməsəydi ola bilərdi ki, Azərbaycanda həbslərə ehtiyac yaranmayacaqdı: “Hökumət bir neçə ay bundan öncə əsas diqqət mərkəzində olan hüquq müdafiəçilərini azad etməklə ölkədə insan haqlarının durumunun yaxşı olduğunu göstərmək istədi. Qismən də olsa buna nail oldu. Çünki, əsas beynəlxalq təşkilatların arqumentləri ondan ibarət idi ki, Azərbaycanda vətəndaş cəmiyyəti nümayəndələrinin həbsdə saxlanılması yolverilməzdir. Hökumət bu arqumenti aradan qaldıraraq insanları azad etdi. Sonrakı həbslər məncə daha çox siyasi proseslərdən doğan həbslər oldu. Yəni, əgər Türkiyədə Gülən hərəkatı ilə bağlı qalmaqallar baş verməsəydi ola bilərdi ki, Azərbaycanda o insanların həbsinə ehtiyac yaranmayacaqdı. İndi Türkiyədə gedən proseslərin dalğası Azərbaycana da gəlib çatıb. Azərbaycanda bu hərəkatla əlaqəli olan insanların siyahısı hökumətə verilir. Hökumət də Türkiyə qarşısında sadiqliyini göstərmək üçün həmin insanlardan kimisə göz altına almalıdır. Düşünürəm ki, Türkiyədə məlum proseslər baş verməsəydi Azərbaycanda müəyyən qədər yumuşalmanı müşahidə edəcəkdik. Əslində hökumət referendum ərəfəsində bu cür həbslər etməkdə maraqlı deyil. Referendum ərəfəsində beynəlxalq təşkilatların diqqət mərkəzinə gəlmək hökumət üçün arzuolunan deyil. Ölkədə insan haqları ilə bağlı proseslərdə heç bir ciddi dəyişiklik baş verməyib. İslahatlar aparılmayıb. Bu müddət ərzində yalnız həbsxanalardan müəyyən qədər insanların azadlığa buraxılmaları var”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button