Lerik rayonunun mürəkkəb relyefli dağlıq ərazisindəki meşə sahəsində yanğın hadisəsi baş verib.
qafqaz.ir “Report”a istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib ki, hazırda Nazirliyin yerli qurumları, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları yanğının söndürülməsi üçün çalışırlar.
Qeyd edək ki, bu ay ərzində Azərbaycanın bir çox bölgəsində meşə yanğını baş verib.