ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər
Lirə tarixi minimumunu yeniləyib

Türkiyənin milli valyutası tarixi minimumunu yeniləyib. Hazırda bir dollar 31 lirə, avro isə 33,46 lirəyədir.
Lirənin ən son dəyər itirməsi 11 yanvara təsadüf edirdi. Bu tarixdə 1 ABŞ dolları 30 lirəyə qalxmışdı.
Daha əvvəl ölkənin maliyyə naziri Mehmet Şimşek bildirilib ki, Türkiyə rəsmiləri lirə/dollar məzənnəsi ilə bağlı hədəflər qoymayıb, məzənnə sərbəst buraxılıb.
Qeyd edilib ki, illik inflyasiya 2023-cü ilin noyabrda 61,98 %, dekabrında isə 64,77 % təşkil edib.
Bundan başqa, İnflyasiya Araşdırma Qrupunun (ENAG) məlumatına görə, 2023-cü ilin dekabrında illik inflyasiya 127,21 % təşkil edib.