ArxivQarabağSosialXəbər lentiXəbərlər
Livan ermənilərinin Qarabağa köçü BAŞLADI

Ermənistan Beyrutdakı partlayışı fürsət bilərək Livan ermənilərinin kütləvi köçünü təşkil edib.
Modern.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, Livana humanitar yardım daşıyan təyyarələr Yerevana geri qaydarkən köçməyə razılıq verən erməniləri də göyərtəsinə götürür.
Ermənistan baş nazirinin müavini Tiqran Avinyan ilk 2 reysdə 56 nəfərin, sonuncu reys zamanı isə daha 45 Livan ermənisinin Yerevana gətirildiyini bildirib.
O köç prosesinin davam edəcəyini və Livan ermənilərinin Ermənistan pasportu alması üçün prosedurun maksimum sadələşdirildiyini də əlavə edib.
Xatırladaq ki, köçürülən ermənilərin bir hissəsinin Azərbaycanın işğal altındakı Qarabağda yerləşdirilməsi planlaşdırılır.