Livanlı idmançı Abdullah Miniato Qüdsü işğal edən rejimin nümayəndəsi ilə qarşılaşmamaq üçün Bolqarıstanda keçirilən dünya çempionatında iştirak etməkdən imtina edib.
Qafqaz Həqiqətləri xəbər verir ki, Abdullah Miniato Bolqarıstan Döyüş Sənəti Yarışmasında püşkatmada sionist rejimindən olan rəqibi ilə yarışacağını bildikdə, müsabiqədə iştirak etməkdən imtina edib.
İdmançı sionist rejiminin rəsmi olaraq tanınmasına etiraz etməklə yanaşı, bu qondarma rejimlə münasibətləri normallaşdırmaq istiqamətində göstərilən təlaşlara da etiraz edib.