ArxivXəbər lentiXəbərlər

Lozanna bəyanatı Azərbaycan mediasında

İran İslam Respublikası və 5+1 qrupu arasındakı nüvə anlaşması ilə bağlı birgə bəyanat cümə günü Azərbaycan medialarında geniş rezonans doğurub.

 APA informasiya agentliyi “Nüvə anlaşması əldə olundu” başlıqlı məqalədə yazıb: Öncədən elan olunduğu kimi, Lozanna müzakirələrində anlaşmanın əldə olunacağı təqdirdə İranın neft və bank sektoruna qarşı sanksiyalar ləğv ediləcək.
Trend informasiya agengliyi də “İrana qarşı sanksiyaların ləğvi müsbət qarşılandı” başlıqlı məqalədə yazıb: Bu məsələ Azərbaycan iş adamları üçün də münasib iş fürsətəri yaratmış olacaq.
Trend Azərbaycan Prezident Administrasiyasının Strateji Araşdırmalar Mərkəzinin analitiki Fərhad Məmmədova istinadla yazıb: İran və Qərb ölkələri arasında Lozannada əldə olunanan anlaşma İran İslam Respublikası üçün yeni imkanlar yaratmış olub və Azərbaycanlı iş adamları da bundan sonra, sanksiyaların ləğv edilməsinin ardınca qonşu ölkədə yaranan iş fürsətindən faydalana bilərlər.
CBC Nyus informasiya kanalı da internet səhifəsində də Lozanna anlaşmasını İran-Qərb münasibətlərində tarixi hadisə adlandırıb və yazıb: İran nüvə müzakirələri nəhayət öz müsbət nəticəsini verdi.
Bu kanalın verdiyi məlumata görə, tərəflər arasındakı çətin və mürəkkəb müzakirələrə rəğmən, sonda tərəflər ilkin anlaşmaya nail olublar və əslində bunu tarixi anlaşma hesab etmək olar.
Xatırladaq ki, Azərbaycan Respublikasının digər kütləvi informasiya vasitələri o cümlədən ANS, Lider, Space və Xəzər telekanalları da öz xəbər buraxılışlarında Lozanna anlaşması ilə bağlı reportajlar və xəbərlər yayımlayıb, İran və Qərb arasında əldə olunan anlaşmanın region və regiondan kənarda sülh və təhlükəsizliyin möhkəmlənməsinə öz töhfəsini verəcəyinə inandıqlarını bildiriblər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button