ArxivIslamSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər
MBH İsveçdə Qurana qarşı ehtiramsızlıqla bağlı bəyanat yaydı

“Dünyanın diqqətini Ukraynaya yönəltmiş böyük güclər öz maraqlarına uyğun insan haqlarından mühazirə oxuyarkən Fələstin xalqının başına gətirilənlərə hələ də laqeyddirlər. Bunun isə başlıca və dəyişməz səbəbi Fələstin xalqının inancıdır.
Dünyanın nizamını öz iqtisadi və siyasi qüdrətlərinə uyğun tənzimləmək istəyən bu güc mərkəzlərinin bəşəriyyətə irqi və dini ayrıseçkiliklə davranması, onların görməzdən gəldikləri münaqişə ocaqlarında aydın şəkildə sezilməkdədir.
İslamafob siyasət, inancın təhqir edilməsi aktları bu reallıq üzərindən şübhə pərdəsini qaldırır və onların həqiqi xislətlərini ortaya qoyur. Bu günlərdə İsveçdə İslam dininin müqəddəs kitabı Qurana qarşı vandal davranış bu siyasətin real təzahürüdür. Bütün göstəricilərlə “inkişaf” etalonu sayılan İsveçin Qurana hörmətsizliyi Danimarka, Fransa kimi “demokratik” ölkələrdə təkrarlanan ismafob siyasətin davamı olaraq yaşanır.
Bu davranışlar bir daha İslam ümmətinin birlik və vəhdətinin zəruriliyi, eyni halda onlara qarşı aşağılayıcı davranışların qarşısını alacaq addımlara ehtiyacın göstəricisidir.
Biz, Müsəlman Birliyi Hərəkatı olaraq Fələstində baş verən haqsızlıqları, eyni zamanda İsveçdə Qurana qarşı ehtiramsızlığı məhkum edir, hər bir vicdanlı insanı bu ədalətsizliyə etiraz etməyə çağırırıq”.