Məhərrəm ayının başlaması ilə bağlı Moskvada əzadarlıq məclisi keçirilib

Dünya ictimaiyyəti, əsasən də müsəlmanlar Kərbəla məktəbindən nümunə götürməlidirlər
Məhərrəm ayının başlaması münasibəti ilə Rusiya paytaxtında əzadarlıq məclisi təşkil edilib.
İslam Mədəniyyət Mərkəzində baş tutan məclis Qurani-Kərimin səslənməsi ilə başlayıb.
Məclis çıxışlarla davam etdirilib. Əhli Beyt cəmiyyətinin sədri Nizami Baloğlanov Məhərrəmlik ayından danışaraq bu gündə islamın yaşaması uğurunda mübarizə aparmaq lazım gəldiyini nəzərə çatdırıb. Bildirilib ki, Moskvada mərkəzi memorial məscidində son zamanlar azərbaycanlıların dini məclislər keçirilməsində süni əngəllər törədilir. Onların məscid inşasına şərait yaradılmır.
Əzadarlıq məclisini nitqi ilə davam etdirən ruhani Əkbəri Ciddi məhərrəmlik ayı və bu ayın islam dünyasında tutduğu yeri qeyd edərək, İmam Hüseyn (ə) məktəbinin dünya ictimaiyyəti üçün əhəmiyyətini vurğulayıb.
Digər natiqlər də bildiriblər ki, dünya ictimaiyyəti, əsasən də müsəlmanlar Kərbəla məktəbindən nümunə götürməlidirlər.
Sonda ilahiyatçılar möminlərə İmam Hüseyn (ə) əzadarlığının İmamın şəninə layiq şəkildə keçirilməsini arzu ediblər./intertv/







