ArxivFatimi yaşayişIslamXəbər lentiXəbərlər
Məhərrəm ayının birinci gününün tövsiyə olunan əməlləri

Bu ay Məsumların (ə) və onların davamçılarının qəm və qüssə ayıdır. Ona görə də Məhərrəm ayı üçün buyurulan əməllərin əksəriyyəti Əhli-beytin (ə) şəni ilə bağlıdır
Bu ay Məsumların (ə) və onların davamçılarının qəm və qüssə ayıdır.
Həzrət İmam Rzadan (ə) nəql edilir: “Məhərrəm ayı gələndə, heç kim atamı gülərüz görməzdi. Onuncu gününə qədər bu qəm və qüssəli olmağı davam edərdi. Aşura günü çatanda, onun müsibət, qəm və göz yaşı günü olardı. Buyurardı: Bu gün elə bir gündür ki, Hüseyn (ə) şəhid olmuşdur”.
Məhərrəm ayının ilk gecəsi: İbni Tavus “İqbal” kitabında bu gecə haqqında bir neçə namaz zikr etmişdir:
1. Yüz rükət namazdır ki, hər bir rükətində “Həmd” və “Tövhid” surələri oxunur.
2. İki rükətli namazdır ki, birinci rükətdə “Həmd” və “Ənam” və ikinci rükətdə isə “Həmd” və “Yasin” surəsi oxunar.
3. İki rükətli namazdır ki, hər bir rükətində “Həmddən” sonra 11 dəfə “Tövhid” surəsi oxunar.
Peyğəmbərdən (s) nəql edilir: “Hər kim bu iki rükət namazı bu gecədə yerinə yetirərsə, sabahsı günü oruc tutsun. O kəs kimi olar ki, bütün il boyu xeyr iş görmüşdür. Həmin ildə hifz edilər. Əgər ölərsə, behiştə gedər”.
Məhərrəm ayının birinci günündə yerinə yetirilən əməllər isə bunlardır: