ArxivXəbər lentiXəbərlər
Məhərrəm ayının təqvimi

Məhərrəm ayının təqvimi
Qafqaz mədəniyyət mərkəzi–Məhərrəmül-həram ayının daxil olması və Peyğəmbərin (s) övladının şəhadət günləri münasibətilə bütün şiələrə, Əhli-beyt (ə) aşiqlərinə, dünyanın azad insanlarına başsağlığı verir və Əba Abdullah Hüseynin (ə) qanlı qiyamının məhərrəm ayının birinci ongünlüyündə Aşura axşamına qədər baş verən hadisələrini qısa şəkildə sizə təqdim edirik.
Dördüncü gün
Məhərrəm ayının 4-də Übeydullah ibn Ziyad Kufə əhalisini məscidə toplayır və xütbə oxuyur. İnsanları imam Hüseynə (ə) qarşı vuruşmağa həvəsləndirir. 13 min ordu toplanır və dörd qrupa bölünür:
- Şimr ibn Zilcövşən 4 min nəfərlə;
- Yezid bin Rikab Kəlbi 2 min nəfərlə;
- Həsin bin Nümeyr 4 min nəfərlə;
- Məzayir ibn Rühəynə Mazani 3 min nəfərlə.
Hər dörd qrup bu gündən başlayaraq Aşura gününə qədər Ömər ibn Sədin ordusuna qoşulur. (9)