Qadin və hicab
Türkiyədə iki millət vəkili hicaba keçdi

Ədalət və İnkişaf Partiyasının Konya şəhərini təmsil edən deputatı Gülay Samancı Konyada keçirilən bir toplantıya hicabla qatılaraq bundan sonra hicab örtəyəcəyini açıqlayıb.
“Sabah” qəzetinə müsahibə verən Kahraman Maraş millət vəkili Sevda Bəyazid Kaçar da həcc mərasimindən çox təsirləndiyini və elə Məkkədə örtdüyü baş örtüyünü heç vaxt açmayacağını bildirib.