ArxivXəbər lentiXəbərlər

Məhv edilmiş cəsədin bazarlığı…

Türk milliyyətindən olan səudiyyəli jurnalist, Səud rejiminin əsas tənqidçisi və müxalifi Camal Qaşıqçının krallığın İstanbuldakı konsulluğunda Səudiyyənin diplomatları tərəfindən vəhşicəsinə öldürülməsindən bir aydan çox vaxt keçir.

Baş verən cinayətin ssenarisinin və  onun icrasının kral Salman bin- Əbdüləziz, yoxsa şahzadə Məhəmməd bin-Salman tərəfindən sifariş edilməsi hələ də tam  etiraf olunmayan məsələdir. Amma  cinayətin beynəlxalq sensasiyaya çevrilməsinə rəğmən kral ailəsi hələ də ciddi narahatçılıq keçirir, törədilən cinayəti ört-basdır etmək üçün dəridən-qabıqdan çıxır, bu işə  milyardlar, trilyonlar səpələyir.

Səudiyyə krallığı törədilən cinayətin beynəlxalq aləmdə unutdurulmasına diplomatik səylərini də günü-gündən gücləndirməyə, ayrı-ayrı ölkələr qarşısında ağır öhdəliklər götürməyə səy göstərir. Mal-dövlət düşkünləri, başda qumarbaz Tramp olmaqla Səudiyyə krallığının jurnalistə qarşı törətdiyi cinayətə müəyyən məbləğ müqabilində ortaq olaraq  göz yumur,  olmayan vicdanlarını ortalığa qoyurlar.                                  

Artıq şahzasdə Məhəmməd bin-Salman qətlə yetirilən jurnalist Camal  Qaşıqçının övladları Saleh və Abdullahı ələ keçirməyə çalışır, necə deyərlər onlarla “halallaşmaq”  üçün bazarlıq edir. Aparılan söhbətlərin təhdid və ya müəyyən məbləğin vədindən ibarət  olması barədə konkret fikir demək çətin olsa da,  övladların çaşqınlıq içərisində fikirlər söyləmələri adamı heyrətə gətirməyə bilmir.

Belə ki, onlar Məhəmməd bin-Salmana  inandıqlarını bildirir, atalarının öldürülərkən çox əzab çəkmədiyini və canının tez çıxdığını dilə gətirirlər. Yəqin ki, Saleh və Abdullah ABŞ-dan siyasi sığınacaq istəyən və Səudiyyədən qaçaraq  bura sığınan 16 yaşlı Talə və 22 yaşlı Rotava Fəriə bacılarının oktyabrın 24-də Nyu-Yorkun bir rayonunda Qudzan çayının  sahilində tapılan cəsədlərinin yaratdığı xofu yaşayırlar.

Necə deyərlər, “kor qalmış qardaşlarından nümunə götürürlər”. Amma bu cür yaşamaq da atalarının məhv edilmiş cəsədinin bazara qoyulmasına dəyməz. Axı əsl türklərdə qan davası deyilən bir xarakterik xüsusiyyət də vardır. Məncə günahsız Yəmən, Suriya, Bəhreynin müsəlman sakinlərinin, qoca və qadınlarının, körpələrinin,  Səud rejiminin pulu və silahları ilə bombardman edilməsi nəticəsində qətlə yetirilməsi baxımından bu davanın yeri var.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button