“Azan səsini Elşad müəllim gətirməyib ki, onun da qarşısını alsın”

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov “Facebook” sosial şəbəkəsindən ona ünvanlanan suallara videomüsahibəsində bildirib.
Məsələ ilə bağlı Etatist.com-a açıqlamasında Azərbaycan İslamçı Demokrat Partiyasının sədri Tahir Abbasəli azan səsinin qarşısını almağın qeyri mümkün olduğunu bildirdi.
“Əlbəttə, o ərazidə ruhi xəstələr, narahat olan adamlar varsa, nisbətən səsini almaq olar amma reallıq odur ki, azan səsinin insanlara müalicəvi əhəmiyyəti var. Yəni onların ruhlarında bir sevinc yaranır, özündən asılı olmayaraq qələbəlik hissi yaranır. Zaman-zaman Elşad İsgəndərovdan da qabaqkı komitə sədrlərini belə qərarları olub amma bütövlükdə azan səsinin qarşısını almaq qeyri mümkündür. Elşad İsgəndərov gərək bir çox başqa şeylərə diqqət eləsin ki, insanların daha çox əziyyət çəkdiyi yerlərdə, xüsusilə şadlıq evlərində olan səslərdən xilas etsin, bu barlardan restoranlardan çıxan, insanların beyinlərinə zərbə vuran səslərin qarşısını alsın. Azan səsini Elşad müəllim gətirməyib ki, onun da qarşısını alsın. Bu, ilahı bir şeydir, insanların fitrəti var, bundan asılı olaraq insanlar gündə ən azı 3 dəfə bu səsi eşitməlidirlər. Yoxsa Azərbaycan müsəlman ölkəsi kimi necə tanınsın axı? Yəni, insanların dinə, Allaha inamı və gələcək hadisələrə hazır olması, çağırışlar nə ilə olacaq? İnsanın bir ömrü var və bu ömrün əsas mahiyyəti də azan eşidib, azanın çağırışına əməl etməkdir. Yəni bu nöqteyi nəzərdən Azərbaycan kimi dövlətdə bunun qarşısı alına bilməz. Azanın xeyri daha çoxdur nəyinki ziyanı.”