ArxivXəbər lentiXəbərlər
Prezident Əliyev: “Ermənistan sülh istəmir”

“Beynəlxalq ictimaiyyət Ermənistanı bizə məxsus olan əraziləri heç bir şərt irəli sürmədən geri qaytarmağa məcbur etməlidir”
APA-nın xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyevin Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç ilə görüşdən sonra mətbuata bəyanatında deyib.
O bildirib ki, Ermənistan ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrin – ABŞ, Rusiya və Fransa prezidentlərinin status-kvonun qəbuledilməz olması ilə bağlı bir neçə dəfə açıq şəkildə verdikləri bəyanata qulaq asmaq istəmir.
Dövlət başçısı qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü hər hansı bir ölkənin ərazi bütövlüyü ilə eyni əhəmiyyətə malikdir.