Aktual

Məryəm Süleymanovanın atasına məktubu

Salam olsun Həzrəti Peyğəmbər (s) və onun pak Əhli-beytinə…

Atacan yenə səndən ayrılmaq vaxtıdır. Səndən ayrılmaq çətin olsada Allahın razılığı və dünyanın müvəqqəti olduğunu düşünən zaman mənimçün bu ayrılıq asanlaşır. Atacan təqribən 3 aydan çox  Bakıdayam. Səni çox az görsəmdə, səndən doymadım. Qəlbim sözlərlə dolu qaldı. Səni doyunca qucaqlayıb bağrıma basa bilmədim. Çünkü bizə səninlə goruşu şüşə arxasından verirdilər. Hər dəfə səninlə sağollaşan zaman qəlbim parçalanırdı, elə bilirdimki qəlbimin yarısını qoyub gedirəm. İnsafsızlar guya bir saatlıq yaxından goruş versələr bala atasını qucaqlayıb bağrına bassin dünya dağılarmiş.

Son gün atam bizim onu qucaqlayıb sağollaşa bilmədiyimiz üçün narahat olduğumuzu görəndə onlara İmam Hüseyn (ə) ağanın sözünü təkrarladı: “düşmənçiliyiniz məninmlədirsə bu uşaqlara niyə rəhm etmirsiz?”.

O an gözümdə İmam Hüseynin balaca Əli Əsğəri əllərində tutub Yezid qoşununa “duşmənçiliyiniz mənimlədirsə bu uşaqla nə işiniz? Aparın bu uşağa su verin” səhnəsi canlandı. Bax bu gün ayrılıq vaxtı Kərbəladakı qızları yaxşı başa düşürəm. Amma mənim atamdan ayrılığım hara,o nların ayrılığı hara?

Atacan, sənlə göruşlərimdə mənə yalnız Allah kəlamlarından söyləyər, məni səbrə, elmə, yaxşı işlərə, Quranı hifz etməyə dəvət edərsən. Amma həmişə deyirsənki, Quranı hifz etməklə bərabər, həmdə hafizi Quran olmaq lazımdır.

Atacan, sənin hər sözün qulağımdadır və hər an Quranı həm hifz,  həmdə qorumağa çalışacağam. Səndən dərs almışam. Buna şahidəm ki, sən Quranı oxuyandan Quranın hər ayəsinə əl uzadanlarla mübarizə aparıb, onun hər ayəsini qorumaq üçün hər şeyindən hətta bizdən belə keçmisən. Atacan birdə səndən vətənpərvərliyi öyərənmişəm. Sənin millətin və islam üçün gecələr yuxuya gedə bilmədiyini görmüşəm. Həmişə deyirsən ki, mənim millətim çox qeyrətli xalqdır. İşğal olmuş torpaqlarımız, əsir düşmüş qardaş-bacılarımız üçün gecə gündüz üzülduyünün şahidi olmuşam. Sən bizim millətimizin şəhvətdə qərq olduğunu görəndə, onların hidayəti üçün əlindən gələni etdiyinin şahidi olmuşam.

Atacan, mən də bu yolda əlimdən gələni edəcək və ömrümün sonuna qədər millətimin hidayəti üçün çalışacağıma söz vərirəm.
Atacan səni polislərin evdən apardığı günü heç vaxt yadımdan çıxmaz.
Səni apardıqda sənlə vəhşicəsinə rəftar edəndə ,balaca bacımın ağladığını görəndədə balaca Rüqqəyə xanım yadıma düşdü.
Bacımın atamı vurmayın ,onu hara aparırsız qışqırıqları inanmıramki ömür boyu qulaqlarımdan gedər.
Amma bu səhnələr mənə həyatımda çox böyük dərs oldu.

Sənin onlar qarşısında müqavimətini görəndə haqq əhlinin batil əhli qarşısında gücünü gördüm. Sən heç vaxt batilə boyun əymədin və sona qədər bu imtahanda bu cür əzmin olmağına şübhə etmirəm. Afərin bu iradəyə və bu fədakarlığa. Mən səninlə fəxr edirəm.
Sənə izzətlə zindandan azad olmağı arzulayıram və arzu edirəmki evimizə qayıdasan.

Həqiqəten sən evmizdən gedəndən elə bil evimizin çırağı zəifləyib. Gəl ki, evimiz əvvəlki kimi ışıqlansın, anamın üzündəki süni gülüşləri əvvəlki kimi canlansın.

Səni Allaha tapşırıb gedirəm.Gedirəmki dərs oxuyub, vətənimə, millətimə xidmət edim. Allah bizi bir an belə özbaşına buraxmasın. Ümüd edirəmki, gələn il qayıdanda səni aramızda görüm inanıram ki, səni tutmağa əmr verənlər tezliklə səhvlərini analyıb səni azad edəcəklər, cünki yaxşılıq etməkdən başqa günahsız birini zindana salıb ,cəzalandırmağın günahı çox böyük və əvəzi də ağırdır.

Səni tutmağə əmr edənlər də, bu işi icra edənlərdə hətta bütün millət sənin şərləndiyini bilirlər.
Sən azad insan olduğun üçün azadlığından məhrum olmusan. Sən Allahdan başqa heç kəsin qulu deyilsən.
Sən Azadəsən, azadə…

Məryəm Suleymanova

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button