ArxivIslamSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər
Məşədi Dadaş məscidi Pasxa bayramı münasibəti ilə xristianlara yardım paylayıb (FOTO)

23 Aprel 2022, 17:28 (GMT +4)
Ənənəvi olaraq Məşədi Dadaş məscidi dini icması Pasxa ilə bağlı xristian soydaşlarımıza bayram sovqatı paylayır.
məscid könüllülərinin təşkilatçılığı və yardımsevər soydaşlarımızın dəstəyi ilə keçirilən aksiyada dinindən və milli mənsubiyyətindən asılı olmayaraq bütün müraciət edənlərə ərzaq yardımı göstərilir.
Qeyd edək ki, məscid icması Ramazan ayında Ramazan sovqatları, Məhərrəm ayında imam ehsanı, Novruz və digər bayramlarda imkansız ailələrin uşaqları üçün kitab, məktəb ləvazimatı və oyuncaq hədiyyələri paylayır.