ArxivXəbər lentiXəbərlər

Məscid mühasirəyə alındı: 200 vəhhabi saxlanıldı

Dünən Dağıstanın Xasavyurt rayonundakı məscid polis tərəfindən mühasirəyə alınıb.

Bu barədə informasiyanı “Qafqaz İmarəti”nə yaxınlığı ilə seçilən “Kavkazçenter” portalı yayıb. Sayt polisin mühasirəyə aldığı məscidin sələfilərə aid olduğunu bildirib.

Bundan sonra məsciddəki sələfilərin həbsi başlayıb. 200 nəfər saxlanılaraq polis idarəsinə gətirilib. Onların əl izləri götürülüb, fotoları çəkildikdən sonra sərbəst buraxılıblar.

Qeyd edək ki, son günlər Rusiya Şimali Qafqaz, xüsusilə, Dağıstanda dini qruplara qarşı fəaliyyətini artırıb. “Qafqaz İmarəti”nin bölgədə zəifləməsi və yerini İŞİD-in tutmağa başlaması, Moskvanın fəallaşmasına şərait yaradıb./axar/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button