Məşhur sünni aliminin Həzrət Əlinin xilafətinin qəsb edilməsi haqqında etirafı

Əl-Əzhər universitetinin tanınmış professorlarından biri olan Şeyx Əhməd Mahmud Kərimə televiziya proqramlarından birində xilafət haqqında danışarkən Həzrət Əlinin (ə) haqqı olan, lakin xilafətin onun əlindən alınaraq qəsb edildiyini bildirib.
Şeyx Əhməd Peyğəmbərimizin (s) son günlərindən danışıraq deyib:
“Köhnə yaraları yenidən qanatmaq, acıları təzələmək istəmirəm. Bilirik ki, Peyğəmbər (s) həyatının son anlarında vəsiyyətini yazmaq üçün qələm və kağız istədi, lakin ağamız Ömər (r.ə.) etiraz edir və “Allahın kitabı və Peyğəmbərinin sünnəti bizə yetərlidir, vəsiyyətə ehtiyacımız yoxdur” dedi, yəni hər şey əvvəlcədən təyin olunub. Peyğəmbər (s) onları yanından qovdu və dedi:
“Mənim yanımdan bayıra çıxın. Sizin öz aranızda probleminiz var və mənim sözlərimi dinləmək istəmirsinizsə, yanımda durmayın, bayıra çıxın”. Onlar da bayıra çıxdılar.
Bu məslədən görünən budur ki, heç şübhəsiz xilafəti öhdəsinə götürən Siddiq, Faruq, Osman (r.ə) xilafəti ağamız Əlinin (ə) əlindən alırlar (qəsb edirlər). İşlər gecə ikən onun əleyhinə davam edib.
Lakin Bəni-Üməyyənin qanlı hakimiyyəti Allah Rəsulunun (ə) xilafəti hesab edilə bilərmi? Bu qeyri-mümkündür.
Ağamız Əlini (ə) lənətləyəni və onu Ömər bin Əbduləzizin zamanına qədər minbərdə söyəni necə Peyğəmbərin xəlifəsi adlandıra bilər?! Peyğəmbərin (s) əmisi oğluna lənət oxuyan necə Peyğəmbərin (s) xəlifəsi hesab edilə bilər?! O, “Kisa” üzvlərindən birini söyür! Mübahilə hədisində Peyğəmbərin (s) əbasını onların üzərinə örtərək “Allahım bunlar mənim əhli-beytimdir” dediyi nəql olunur.
İmam Hüseynin (ə) qanının tökülməsinə səbəb olan Yezid ibn Müaviyyə və ya başqaları necə Allah Rəsulunun (s) xəlifəsi adlandırıla bilər?!”
islaminsesi.az