
Ümumimilli liderimiz Heydər Əliyev bildirmişdir ki, Azərbaycanda vəhabi yoxdur və Azərbaycana xaricdən gələn istənilən dini təhlükənin qarşısını Azərbaycan hökuməti səssizcə alacaq.
Bunu Azərbaycan Respublikasında vəhhabilərin xəvaric qanadı kimi təqdim olunan başçısı Əlixan Musayev Publika saytına müsahibəsində bildirib.
Əlixan Musayev deyib : “Xatırlayırsınız, Bibiheybət məscidinin açılışında mərhum müdrik prezidentimiz, ümumimilli liderimiz Heydər Əliyevə sual vermişdilər ki, Azərbaycandakı vəhabizmin qarşısını necə almaq olar? O da cavab verib ki, Azərbaycanda vəhabi yoxdur və Azərbaycana xaricdən gələn istənilən dini təhlükənin qarşısını Azərbaycan hökuməti səssizcə alacaq. Onun necə müdrik birisi olduğunu elə bu sözlərdən də görmək olur.”
Azərbaycan Respublikasında vəhhabilərin xəvaric qanadı kimi təqdim olunan başçısı İraqda qanlı olaylar törədən İŞİD barədə münasibətini də belə bildirib : “Qardaş, mən tanımıram onları. Bilmirəm onlar kimlərdir. Bilmədiyim insanlar barəsində nə yaxşısına, nə də pisinə hökm verə bilərəm. Ən azı onu deyə bilərəm ki, bizim onların məsələsinə qarışmağa haqqımız yoxdur.”/irib/