Artıq bir neçə gündür ki, “Əyyami Fatimə” başlayıb. Bununla bağlı paytaxt da daxil olmaqla, ölkənin bir çox regionlarında əzadarlıq məclisləri təşkil edilir.
qafqaz.ir Hədəf14.az-a malomata gore, həmin məclislərdən biri də “Maarifçiliyə Dəvət” İctimai Birliyin Bakı nümayəndələri tərəfindən həyata keçirilib. İcmanın sədri ilahiyyatçı hacı Elçin Manafovun təşkilatçılığı Bakının Ramana kəndində baş tutan əza məclisində xeyli sayda dindar iştirak edib. Hacı Elçin əzadarlara hz Fatimənin (ə) həyatından, fəzilətindən və İslam düşmənləri tərəfindən amansızcasına şəhadətə yetirilməsindən bəhs edib. Daha sonra ehsan çay süfrəsi və mərsiyələr deyilib, sinə vurulub. Sonda dualar edilib.