“Maarifçiliyə Dəvət” İB rəhbərliyi təşkilatın şöbələri ilə görüşlərini davam etdirməkdədir.
Məlumatda bildirilir ki, “Maarifçiliyə Dəvət” İctimai Birliyinin sərdi Elçin Manafov və təşkilatın rəhbər heyəti təşkilatın şöbə üzvələri və təəssübkeşləri ilə görüşlərini davam etdirir.
Növbəti belə tədbir Neftçala-Salyan rayonları üzrə keçirilib.
Toplantını giriş sözü ilə açan “Maarifçiliyə Dəvət” İB-in sərdi Elçin Manafov təşkilatın məram və məqsədlərini açıqlayıb, ictimai fəaliyyəti barədə məlumat verib.
Hacı Elçin Manafov bu görüşün Xocalı faciəsinin ildönümü günlərinə təsadüf etdiyini xatırladaraq, xalqımızın qan yaddaşından, milli kimliyin formalaşmasının gərəkliyindən danışaraq, bunun üçün də fərdi və ictimai fəaliyyətlərin mühüm rol oynadığını və maarifçiliyin müstəsna əhəmiyyəti olduğunu nəzərə çatdırıb.
Təşkilat sərdi həmçinin dövrümüzdəki ictimai proseslərə toxunub, cəmiyyətimizə və ümumilikdə dünyaya təsir edən mühüm hadisələri şərh edib.
Hacı Elçin Manafov həmçinin ona ünvanlanan sualları cavablandırıb və maraqlı fikir mübadiləsi aparılıb.
Daha sonra ehsan süfrəsi açılıb.