ArxivIslamXəbər lentiXəbərlər
Məhərrəmlik ayinləri ilə bağlı daha bir məhdudiyyət

Əksəriyyətini şiə təşkil edən Azərbaycan Respublikasında, hökumət Məhərrəmlik ayinləri ilə bağlı məhdudiyyətləri artırıb.
Trernd-in məlumatına görə, Azərbaycan respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib: “Məhərrəmlik ayında dini xarakterli ayinlər yalnız məscidlərdə keçirilməlidir. Dini ayinlər zamanı evlərdə toplaşmaq, küçələrə çıxmaq qanunvericiliklə yolverilməzdir”.
Onun sözlərinə görə, “Dini etiqad azadlığı haqqında” qanuna edilən dəyişilliklərlə artıq bu hallara yol verilmir.
Mübariz Qurbanlı Aşura simvollarının da qadağan olduğunu vurğulayıb: “Müxtəlif dini atributları da nümayiş etdirmək olmaz”.