ArxivXəbər lentiXəbərlər

Bakıda Qarabağ Forumu baş tutdu

Bu gün Dünya Azərbaycanlıları Konqresinin (DAK) təşkilatçılığı ilə Uluslararası Qarabağ Forumu keçirildi.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, Forumda ölkənin ictimai-siyasi xadimləri, Şəhid ailələri, Qarabağ qaziləri, KİV nümayəndələri, politoloqlar, deputatlar, tarixçilər, dindarlar və xarici qonaqlar iştirak edib.

Tədbiri giriş sözü ilə açan DAK həmsədri Sabir Rüstəmxanlı bildirib ki, Qarabağ Azərbaycanın ümumi problemidir, bu təkcə iqtidar və yaxud da müxalifətin problemi deyil. Qarabağ mövzzusu ümumilikdə Azərbaycan xalqının yaralı yeridir.

Tədbirdə Qarabağ uğrunda gedən döyüşlərdə həlak olmuş şəhidlər bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının himni səsləndirildi.

Forumda çıxış edən Milli Məclisin deputatı Qüdrət Həsənquliyev 26 iyunda paytaxtda keçirilən hərbi paraddan danışdı və maraqlı məqamlara toxundu. O, dedi ki, Azərbaycan baha qiymət raketlər alır, amma əgər o raketlər istifadə olunmursa, bu gün müharibə etmiriksə, bu qədər silahı almağa ehtiyac yoxdur.

Daha sonra çıxış edən tarixçi alim Qafar Çaxmaqlı Ermənistan hökumətinin işğal etdiyi Azərbaycan torpaqlarında yeni dövlət qurması istəyini müzakirə etdi.

Arzu Arzu Abdull Abdulla adlı şəxsin şəkli.

Arzu Arzu Abdull Abdulla adlı şəxsin şəkli.

Arzu Arzu Abdull Abdulla adlı şəxsin şəkli.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button