Azərbaycan R-da mübarək ramazan ayının başlanması zamanı elan olunub

Qafqaz Müsəlmanları İdarəsi Azərbaycan Respublikasında mübarək ramazan ayının başlanması və səadətli fitir bayramının tarixini elan edib.
IRIB-nin Bakı ofisinin məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsi bu il Azərbaycan Respublikasında mübarək ramazan ayının başlanması tarixini mayın 27-si, səadətli fitir bayramının tarixini isə iyunun 26-sı elan edibdir.
Report xəbər saytı kimi bəzi informasiya mənbələri də səadətli fitir bayramının tətil günlərini beş gün elan ediblər və nazirlər kabinetinə istinadla bildiriblər ki, iyunun 26-sı, Azərbaycan Respublikası hərbi qüvvələri gününün fitir bayramının iki günü, yəni iyunun 26-sı və 27-si ilə üst-üstə düşməsinə görə, iyunun 28-i də bu ölkədə tətildir və iyunun 24-ü və 25-ə düşən həftəsonu tətilləri, yəni şənbə və bazar günlərini də hesab etməklə bütövlükdə əhali ramazan ayının sonunda beş gün istirahət edəcəkdir.