ArxivIslamQarabağSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Mahmud Vaizi: İran Azərbaycan Respublikası ilə sərhədini sülh və dostluq sərhədi hesab edir

İran prezident administrasiyasının rəhbəri Azərbaycan Respublikası ilə Ermənistan arasındakı hərbi münaqişənin bitməsindən məmnunluq ifadə edərək, deyib: “İran İslam Respublikası Bakı ilə İrəvan arasındakı mübahisənin daimi və qəti şəkildə həll olunmasına kömək etməyə hazırdır.”

SəhərAzəri xəbər verir, İran Prezident Administrasiyasının rəhbəri Mahmud Vaizi Azərbaycan Respublikasının baş nazirinin müavini Şahin Mustafayevlə dünən gecə Tehranda baş tutan görüşü zamanı qeyd edib ki, ölkələr, xüsusən qonşular arasındakı mübahisələr danışıqlar yolu ilə həll edilməlidir və xarici müdaxilə təkcə qonşular arasındakı fikir ayrılıqlarını və münaqişələri daha da gücləndirir və regionun sülh və sabitliyini təhlükə altında qoyur”.

Vaizi, İran-Rusiya-Azərbaycan Respublikası arasında üçtərəfli və ya İran-Azərbaycan-Rusiya-Türkiyə-Ermənistan arasında beştərəfli görüşlər kimi çoxtərəfli görüşlərin keçirilməsinin qonşu ölkələri bir-birinə yaxınlaşdıracağını, konstruktiv və faydalı regional iqtisadi əməkdaşlığı inkişaf etdirəcəyini söyləyib.

İran prezident administrasiyasının rəhbəri əlavə edib: “İran İslam Respublikası Azərbaycan Respublikası ilə sərhədini sülh və dostluq sərhədi hesab edir və hər zaman bütün ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşır və digər ölkələri də bir-birlərinin ərazi bütövlüyünə hörmət etməyə çağırır”.

Vaizi, həmçinin qeyd edib ki, İran və Azərbaycan Respublikası qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi istiqamətində bir platforma yaratmaq üçün dəmir yolları, hidroqovşaqlar və elektrik stansiyalarının inşası kimi ortaq layihələrin həyata keçirilməsinin sürətləndirilməsi üçün bütün imkanlarını səfərbər etməlidirlər.

Azərbaycan Respublikasının baş nazirinin müavini də bu görüşdə, Bakı-Tehran münasibətlərini və İranın son illərdə Azərbaycan Respublikasına göstərdiyi hərtərəfli dəstəyi ölkə xalqı və hökuməti üçün bir stimul və dayaq kimi xarakterizə edib və İran İslam Respublikasının Dağlıq Qarabağ münaqişəsindəki prinsipial mövqelərini yüksək dəyərləndirib.

Şahin Mustafaev, Azərbaycan Respublikasının hər zaman bütün ölkələrin ərazi bütövlüyünə hörmət etdiyini bəyan edərək, deyib: “İran böyük bir ölkə, dost və qardaş qonşu olaraq, Azərbaycan Respublikasının xalqı və hökuməti arasında xüsusi bir mövqeyə sahibdir.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button