ArxivXəbər lentiXəbərlər

Böhrandan çıxış yolu…

Fikrət Yusifov: “Azər­bay­can döv­lə­ti­nin ye­ni iq­ti­sa­di şə­ra­i­tə uy­ğun seç­di­yi yol ki­fa­yət qə­dər doğ­ru və uğur­lu bir yol­dur”.

Bü­tün dün­ya öl­kə­lə­ri­ni əha­tə edən iq­ti­sa­di və ma­liy­yə böh­ra­nı şə­ra­i­tin­də Azər­bay­can nə et­mə­li idi?

İqtisadçı alim Fikrət Yusifov bu barədə deyir: “Azər­bay­can nef­tin qiy­mət­lə­ri­nin kəs­kin aşağı düş­dü­yü bir dö­nəm­də öz iq­ti­sa­diy­ya­tı­nı ye­ni­dən qur­maq yo­lu­nu se­çib, bu də­fə onun neftdən ası­lı­lı­ğı­nı əsas­lı şə­kil­də ara­dan qal­dır­maq və tam şa­xə­lən­dir­mək yo­lu­nu tut­du.

Bu yo­lun düz­gün­lü­yü ar­tıq bü­tün bey­nəl­xalq ma­liy­yə qu­rum­la­rı və di­gər mü­va­fiq təş­ki­lat­lar tə­rə­fin­dən təs­diq olu­nub. İq­ti­sa­diy­ya­tın qey­ri-neft sek­to­ru­nun bir ne­çə əsas is­ti­qa­mə­ti üz­rə möv­cud du­ru­mu və bu sa­hə­də apa­rı­lan sü­rət­li is­la­hat­la­rı bir qə­dər də­rin­dən təh­lil et­sək, ya­xın perspek­tiv­də Azər­bay­can iq­ti­sa­diy­ya­tı­nın və onun ma­liy­yə sis­te­mi­nin neftdən asılılığı­nın tam op­ti­mal­laş­dı­rı­la­ca­ğı­na əmin­lik ya­ra­nar. Gə­lin, re­al sek­to­run bir ne­çə istiqamə­ti üz­rə və­ziy­yə­ti və perspek­tiv­lə­ri bir qə­dər araş­dı­raq.”

Aq­rar sek­tor

“Bu sa­hə­nin əsas­lı şə­kil­də in­ki­şa­fı is­ti­qa­mə­tin­də son bir ne­çə il ər­zin­də gö­rü­lən iş­lər ya­xın gə­lə­cək­də yük­sək nə­ti­cə­lə­rin əl­də edi­lə­cə­yin­dən, sa­hə­nin həm da­xi­li ba­za­rın tə­la­ba­tı­nı tam ödə­yə bil­mək, həm də ix­rac po­ten­si­a­lı­nı əsas­lı şə­kil­də ge­niş­lən­dir­mək im­kan­la­rı sürət­lə ar­tır. Çün­ki bu sa­hə­yə döv­lət sə­viy­yə­sin­də diq­qət ki­fa­yət qə­dər yük­sək­dir, sa­hə­nin in­ki­şa­fı­nı sü­rət­lən­dir­mə­yə yö­nə­lik döv­lət dəs­tə­yi isə hər ad­dım­da gö­zə də­yir. Tək­cə bir fak­tı qeyd et­mək­lə bu dəs­tə­yin han­sı sə­viy­yə­də ol­du­ğu­na tam əmin­lik ya­ra­nar. Son iki il ya­rım ər­zin­də öl­kə Pre­zi­den­ti tə­rə­fin­dən sa­hə­nin in­ki­şa­fı­nı eh­ti­va edən 40-dan ar­tıq fərman və sə­rən­cam im­za­la­nıb. Bu sı­ra­ya kəndli fer­mer tə­sər­rü­fat­la­rı­nın in­ki­şa­fı­na ay­rı­lan gü­zəştli kre­dit­lər­dən tut­muş, məh­sul­la­rın ye­tiş­di­ril­mə­si məq­sə­di­lə ay­rı­lan sub­si­di­ya­la­rı və di­gər gü­zəştlə­ri də əla­və et­mək la­zım­dır. Bu il­dən eti­ba­rən stra­te­ji məh­sul­la­rın – pam­bı­ğın, ba­ra­ma­nın, tü­tü­nün is­teh­sa­lı­nın ötən il­lər­lə mü­qa­yi­sə­də də­fə­lər­lə ar­tı­rıl­ma­sı və perspektiv­də öl­kə­yə val­yu­ta gə­ti­rə bi­lə­cək di­gər məh­sul növ­lə­ri­nin is­teh­sa­lı­nın da bu qayda­da inkişaf et­di­ril­mə­si sa­hə­nin öl­kə­nin Ümu­mi Da­xi­li Məh­su­lun­da­kı pa­yı­nı əsas­lı şəkil­də ar­tır­ma­ğa və ix­rac po­ten­si­a­lı­nın ge­niş­lən­di­ril­mə­si he­sa­bı­na öl­kə­yə ki­fa­yət qə­dər val­yu­ta axı­nı­nı tə­min et­mə­yə əsas ve­rə­cək.” – deyə Yusifov qeyd edib.

Tran­zit yük­da­şı­ma­lar

İqtisadçı alim daha sonra tranzit yükdaşımaların əhəmiyyətindən danışıb: “Ar­tıq heç kəsdə şüb­hə yox­dur ki, Azər­bay­can tək­cə re­gi­o­nun de­yil, dün­ya­nın ən bö­yük nəq­liy­yat dəh­liz­lə­rin­dən bi­ri­nə çev­ril­mək­də­dir. Bu gün Azər­bay­ca­nın be­lə möv­qe­yə sa­hib ola bilməsi­nin tə­məl da­şı ulu ön­dər tə­rə­fin­dən 1994-cü il­də Ba­kı-Tif­lis-Cey­han bo­ru kə­mə­ri nəq­liy­ya­tı­nın ya­ra­dıl­ma­sı­na da­ir o za­man üçün re­al­lı­ğı­na çox­la­rı­nın inan­maq is­tə­mə­di­yi qə­ra­rı ilə qo­yul­du. Azər­bay­ca­nı nə­ti­cə eti­ba­ri­lə möh­tə­şəm tran­zit öl­kə­yə çe­vir­mə­yi hədəflə­yən hə­min stra­te­gi­ya son­ra­dan çox uğur­la Pre­zi­dent İl­ham Əli­yev tə­rə­fin­dən davam etdi­ril­di. Ötən 12 il ər­zin­də bu sek­to­run əsas­lı in­ki­şa­fı­nı tə­min edə bi­lə­cək bö­yük transmil­li la­yi­hə­lə­rin ic­ra­sı isə Azər­bay­ca­nın mü­hüm bir tran­zit öl­kə­yə çev­ri­lə bil­mə­si­nə səbəb ol­du. Ba­kı-Tif­lis-Qars də­mir yo­lu­nun bu ilin so­nun­da is­ti­fa­də­yə ve­ril­mə­si, Cə­nub Qaz Dəh­li­zi­nin ya­ra­dıl­ma­sı, Şi­mal-Cə­nub Bey­nəl­xalq Nəq­liy­yat Dəh­li­zi­nin is­ti­fa­də­yə verilmə­si, Ba­kı Bey­nəl­xalq Də­niz Ti­ca­rət Li­ma­nı­nın is­tis­ma­rı­na baş­lan­ma­sı, Ha­va Nəqliyya­tı va­si­tə­si­lə yük­lə­rin da­şın­ma­sı­na xid­mət edə bi­lə­cək bö­yük infrastruk­tu­run yaradıl­ma­sı ki­mi nə­həng iş­lər Azər­bay­ca­nı re­gi­o­nun bu sa­hə­də əsas oyun­çu­su­na çe­vir­di. Ke­çən ilin oktyabr ayı­nın 21-də Pre­zi­den­tin im­za­la­dı­ğı Azər­bay­can Res­pub­li­ka­sı­nın Tranzit Yük­da­şı­ma­lar üz­rə Ko­or­di­na­si­ya Şu­ra­sı­nın ya­ra­dıl­ma­sı haq­qın­da Fər­ma­nı isə bu sahə­də va­hid döv­lət si­ya­sə­ti­nin apa­rıl­ma­sı­nı nə­zər­də tu­tur. İn­di hər han­sı bir nəq­liy­yat vasi­tə­si­lə Azər­bay­can üzə­rin­dən yük­lə­rin da­şın­ma­sı tək nəq­liy­yat nö­vü­nün sa­hə maraqları­na bağ­lı de­yil. Bu­ra­da ar­tıq döv­lə­tin ma­raq­la­rı da or­ta­da­dır.”

Tu­rizm

Turizm sektorunun önəminə işarə edən Fikrət Yuisfov bu sahəyə diqqətin ayrılmasını vacib adlandırıb: “Bu sek­to­run nə qə­dər bö­yük perspek­tiv­lə­ri­nin ol­du­ğu bəl­li­dir. Sa­hə­nin in­ki­şa­fı is­ti­qa­mə­tin­də son il­lər bö­yük iş­lər gö­rü­lüb. Bu gün Azər­bay­ca­na gə­lən tu­ristlə­rin sa­yı sü­rət­lə ar­tır. Biz bu ar­tım templə­ri­nə gö­rə in­di nə­in­ki re­gi­on­da, hət­ta bü­tün dün­ya­da li­der­lik möv­qe­yi­nə çı­xa bil­mi­şik. Bu­nun bir çox sə­bəb­lə­ri var. Ön­cə onu de­yək ki, son il­lər ər­zin­də biz öl­kə­mi­zin bu sa­hə­də­ki im­kan­la­rı­nı Azər­bay­can­da ke­çi­ri­lən bir ne­çə bey­nəl­xalq təd­bir (Av­ro­vi­zi­ya mah­nı ya­rış­ma­sı, 2015Av­ro­pa Oyun­la­rı, For­mu­la – 1 ki­mi ya­rış­lar və baş­qa bey­nəl­xalq təd­bir­lər) va­si­tə­si­lə bü­tün dün­ya­ya gös­tər­mək­lə mil­yon­lar­la in­san­da ölkə­mi­zə gəl­mək ma­ra­ğı oya­da bil­dik. Di­gər tə­rəf­dən, Azər­bay­can bu gün tək re­gi­o­nun deyil, dün­ya­nın ic­ti­mai-si­ya­si sa­bit­lik və təh­lü­kə­siz­lik ba­xı­mın­dan ən apa­rı­cı öl­kə­lə­ri sırasıdadır. Döv­lət baş­çı­sı­nın ca­ri ilin 1 sentyabr ta­ri­xin­də im­za­la­dı­ğı Azər­bay­can Respublikasın­da tu­riz­min in­ki­şa­fı ilə bağ­lı əla­və təd­bir­lər haq­qın­da­kı Sə­rən­ca­mı isə turizmin in­ki­şafına ye­ni perspek­tiv­lər vəd edir. Ya­xın gə­lə­cək­də öl­kə­mi­zə gə­lən tu­ristlə­rin sa­yı­nın bir neçə də­fə ar­ta­ca­ğı tam bir re­al­lıq­dır.

Da­ha bir əsas sə­bəb Azər­bay­can­da tu­ristlə­rin gə­li­şi­ni asan­laş­dı­ran və sti­mul­laş­dı­ran tədbir­lə­rin miq­ya­sı­nın ge­niş­lən­mək­də ol­ma­sı­dır. Vi­za re­ji­mi­nin sa­də­ləş­di­ril­mə­sin­dən tutmuş on­la­rın bu­ra­da edə­cək­lə­ri alış-ve­riş­lə sər­həd­lə­ri­mi­zi tərk edər­kən Əla­və Də­yər Ver­gi­si­ni ge­ri ala bil­mə­lə­ri­nə qə­dər olan təd­bir­lər bu sı­ra­ya aid təd­bir­lər­dir.

Di­gər sa­hə­lə­rin, xü­su­si­lə də ti­kin­ti sek­to­ru­nun in­ki­şa­fı is­ti­qa­mə­tin­də də çox cid­di təd­bir­lər gö­rü­lür. Bü­tün bu ad­dım­lar xa­ri­ci in­ves­tor­la­rın Azər­bay­ca­na ma­ra­ğı­nı ar­tı­rır və on­lar Azər­bay­can re­al­lıq­la­rı­na söy­kə­nə­rək öz ka­pi­tal­la­rı­nı mə­mu­niy­yət­lə bu­ra ya­tır­maq se­çi­mi edir­lər.”

Be­lə­lik­lə

“Azər­bay­can döv­lə­ti­nin ye­ni iq­ti­sa­di şə­ra­i­tə uy­ğun seç­di­yi yol ki­fa­yət qə­dər doğ­ru və uğurlu bir yol­dur. Bu yol ya­xın gə­lə­cək­də öl­kə iq­ti­sa­diy­ya­tı­nın tam şa­xə­lən­di­ril­mə­si­ni hədəf­lə­yən yol­dur. Bu sə­bəb­dən bü­tün dün­ya­nı bü­rü­müş iq­ti­sa­di böh­ran və nef­tin qiymətlə­ri­nin kəs­kin azal­ma­sı sə­bə­bin­dən ya­ran­mış mü­əy­yən ma­liy­yə çə­tin­lik­lə­ri heç ki­mi qor­xut­ma­sın. Ən əsas olan bu­dur ki, bu gün biz ya­ran­mış çə­tin­lik­lər­dən çı­xı­şın ən op­ti­mal yol­la­rı ilə hə­rə­kət edi­rik. Ya­xın perspek­tiv­də aq­rar sek­tor­dan ix­ra­cın, tran­zit yükdaşımaların həc­mi­nin ki­fa­yət qə­dər ar­tı­rıl­ma­sı, öl­kə­yə tu­rist və ka­pi­tal axı­nı­nın bir ne­çə də­fə yüksəl­mə­si he­sa­bı­na neftli iq­ti­sa­diy­ya­tın tam şa­xə­lən­di­ril­mə­si tə­min edi­lə­cək…” İqtisadçı alim fikirlərini belə yekunlaşdırıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button