Malaziyada anti-Şiə kitabın açılışı və ölkə Məscidlərində onun paylanması + Foto

Malayziya Baş nazir İdarəsinin nəznindəki İslam İşlri nazirliyinin sədri vəzifəsində çalışan Cəmil Xeyr, qeyd olunan anti-Şiə kitabın açlış mərasimində çıxış edərək ölkədə Şiələrin təbliğ etmək hüquqlarına işarə edərək bildirib: “Şiə məktəbinin təbliği ölkəmizdə mütləq qeyri İslam dinləriə aid olan Dini Komitənin nəzarəti altında həyata keçirilməlidir (!). Bu məsələ ilkin mərəhələdə mütləq öz həllini tapmalıdır (!)”.
Malaziyada Əhli-Beyt (əleyhimus səlam) Məktəbinə və bu məktəbin davamçılarına qarşı soyuq siyasətlər səngimir. Belə ki, həqiqət ardıyca olan cavan nəsil və ümumi xalq kütləsi arasında anti-Şiə təbliğatların, maarifləndirmələrin genişləndirilməsi artıq rəsmi dövlət siyasətçilərin də gündəlik məsələsinə çevrilmiş bir xarakter daşımaqdadır. Hətta yeni Malaziyanın memarı kimi tatınan, sabiq baş nazir Mahatir Muhəmməd də məhz Əhli-Beyt (əleyhimus səlam) Məktəbinin ölkədə rəvac tapmasına və cavan kütlənin bu məktəbə meyl göstərməsinə hiddətlənərək, Əhli-Beyt (əleyhimus səlam) təfəkkürünün ölkədə yayılmasına maneə törədilməsini tələb edib.
Bu solğun siyasətlərin davamı olaraq, Malaziya İslam Təbilğat nazirliyi yeni addımlar ataraq, məzhəb işlərinə nəzarətin daha dəqiq artırılması üçün konfrans təşkil veriblər. Konfransda əsas mövzu Əhli-Beyt (əleyhimus səlam) Məktəbinin maarifləndirilməsininqarşısnı almağın ən yaxşı yollarının araşdırılması olub.
Xüsusi müxbirimizin Malaziyadan verdiyi məlumatda deyilir ki, konfrans “Datuk Van Zuheydi Van”ın qələmi əsasında yazılmış “Şiə Həqiqətləri” adlı anti-Şiə kitabının açılışı ilə öz işinə başlamışdır.
Kitabın cildi üzərində “Qəmə” vuranların mərasimindən çəkilmiş fotoların təsviri verilib. Kitabın əsas işi İslam tarixi haqda olan həqiqətlərin əksini cilvələndirmək və Əhli-Beyt (əleyhimus səlam) Məktəbinə qarşı yalnış ittihamlar yağdırmaqdan ibarətdir.
Malayziya Baş nazir İdarəsinin nəznindəki İslam İşlri nazirliyinin sədri vəzifəsində çalışan Cəmil Xeyr, qeyd olunan anti-Şiə kitabın açlış mərasimində çıxış edərək ölkədə Şiələrin təbliğ etmək hüquqlarına işarə edərək bildirib: “Şiə məktəbinin təbliği ölkəmizdə mütləq qeyri İslam dinləriə aid olan Dini Komitənin nəzarəti altında həyata keçirilməlidir (!). Bu məsələ ilkin mərəhələdə mütləq öz həllini tapmalıdır (!)”.
Qeyd etmək lazımdır ki, anti-Şiə kitab ilk tirajda 1000 nüsxə çap olunaraq, Malaziya Müftiləri İdarəsi tərəfindən ümum kütləyə çatdırmaq məqsədi ilə ölkə Məscidlərinə paylanılıb.
abna