Arxiv

Mandela İnqilabın Böyük Rəhbərinə “mənim rəhbərim” deyə müraciət edirdi + Foto

Mandela azadlığa çıxdıqdan sonra ilk səfərini İrana edib.

Uca məqamlı Rəhbərin beynəlmiləl işlər üzrə ali müşaviri Əli Əkbər Vilayəti bildirdi:
Mandela İran İslam Respublikasına səfərində uca məqamlı Rəhbərlə görüşdü. Maraqlıdır ki, görüş zamanı o dəfələrlə Rəhbərə “mənim rəhbərim” deyə müraciət edirdi.
Uca məqamlı Rəhbərin beynəımiləl işlərt üzrə ali müşaviri Əli Əklbər Vilayəti Fars xəbər agentliyinin müxbiri ilə söhbətində irqçi-aparteid rejimə qarşı Afrika rəhbəri Nelson Mandelanın ölümünə toxunaraq, onun Cənubi Afrika əhalisinin azadlıq uğrunda və müstəmləçiliklə mübarizəsində xüsusi yeri olduğunu bildirdi. Əli Əkbər Vilayəti belə əlavə etdi:
İrqçiliklə mübarizədə Mandela əhəmiyyətli və unudulmaz işlər gördü. Onun fikirlərinin, zəhmətlərinin sayəsində Cənubi Afrika məntəqənin mühüm ölkələrindən birinə çevirildi və beynəlmiləl əlaqələrdə öz rolunu oynadı.
Vilayəti Nelson Mandela ilə İran İslam Respublikası arasında səmimi və yaxın rabitənin olduğunu deyib, bir xatirə danışdı:
Mandelanın azadlığa çıxmasından sonra və prezident seçilməmişdən öncə ilk səfər etdiyi ölkə İran İslam Respublikası oldu.
Həmin səfərdə uca məqamlı Rəhbərlə görüşdü . Bu görüş zamanı baş verən maraqlı nöktələrdən biri də Mandelanın Rəhbərə dəfələrlə “mənim rəhbərim” deyə müraciət etməsi idi.
Vilayəti əlavə etdi: Onun istər azadlıqdan sonrakı mübarizə dövründə, istər prezidentlik dövründə İran İslam Respublikası ilə çox səmim rabitəsi var idi və o onun İnqilabin Böyük Rəhbərinə xüsusi sevgisi var idi.
Mandela bütün Afrika və üçüncü dünyada dəyərli işlər görmüş böyük şəxsiyyət idi. O bütün təzyiqlər və baykotlara baxmayaraq İranla olan rabitəsini ciddi şəkildə qorudu.

News-635219441952342776

13920313000478_PhotoL

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Xəbərdən istifadə zamanı qafqaz.ir-in saytına istinad vacibdir …!

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button