ArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Ruhullah Mütəfəkkir-Azad: Belə bir axmaqlıq sionistlərlə oturub-durmağın nəticəsidir

Təbrizli deputat Azərbaycan parlamenti üzvlərinin Münafiqlərin toplantısında iştirakını qınadı

O, bu barədə özünün Tvitter hesabında yazıb: “Azərbaycan Respublikası parlamentinin iki deputatının terror qruplaşması olan Münafiqlərin iclasında həyasızcasına iştirakı terrora açıq dəstəkdir. Avropa və amerikalıların münafiqlərə dəstək verməkdən çəkindiyi bir vaxtda bu millət vəkillərinin belə bir axmaqlığı sionistlərlə oturub-durmağın nəticəsidir”.
İran parlamentinin İslam İnqilabı Fraksiyasının üzvü həmçinin qeyd edib ki, Fransanın münafiqlərin toplanmasına ev sahibliyi etməsi və onlara dəstək verməsi siyasi və hüquqi nəticələrə səbəb olacaq.
Qeyd edək ki, terrorçuların bundan əvvəlki konfransında Azərbaycan Respublikası Milli Məclisinin üzvü, hakim partiyanın müttəfiqi olan Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı video-format şəklində iştirak etmişdi.
Sabir Rüstəmxanlı həmin çıxışda İran İslam Respublikasının rəhbərlərinə qarşı sərt ittihamlar səsləndirib və təmsil etdiyi təşkilat adından terrorçu qruplaşmanın başçılarına böyük dəstək nümayiş etdirib.
DAK-ın həmsədri həmçinin Bakıda oturduğu ofisində onun yanında “Xalq Mücahidləri Təşkilatı” üzvlərinin olduğuna işarə edərək, Azərbaycan Respublikasında onların sayının çox oludğunu etiraf etmişdi.
“Xalq Mücahidləri Təşkilatı” və ya münafiqlər qruplaşması İranda İslam İnqilabının qələbəsinin ilk günlərindən İran xalqı və dövlət rəsmilərinə qarşı davamlı olaraq saysız-hesabsız terror aktları törətmişdir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button