ArxivXəbər lentiXəbərlər
Marneulidə “Ya Hüsyn” karvanı.(FOTO)

16.10.2015 Tarixində Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsi (ÜGMADİ) və İmam Əli xeyriyyə fondunun təşəbbüsü ilə Marneuli şəhərində “Ya Hüseyn” avtokarvanı yaradıldı.
İmam Əli(ə) məscidinin könüllü Hüseynçiləri şəxsi avtomobillərini Məhərrəm Ayının atributları ilə bəzəyərək, uca mərsiyyə sədaları altında şəhərin küçələrini gəzdilər.
İmam Əli(ə) məscidinin fəal gənclərindən olan Məşədi Anar Piriyev ” Bizim müsəlmanlar tarix boyu bu müqəddəs ayın hörmətini və əzəmətini qoruyublar. Məhərrəm ayı hər zaman camiyyətdə olan fəsadlara mane olub. İnsanlar bu ayın hörmət və əzəmətinə görə günahlardan çəkiniblər. Məhz ona görə də bizim “Ya Hüseyn” karvanını etməkdə məqsədimiz məntəqəmizdəki müsəlmanların, Məhərrəm ayının daxil olmasından xəbərdar olmalarıdır.” dedi.



