
Cenubnews.com İnternet Qəzeti xəbər verir ki, avqustun 29-u Masallı rayonu, Sirəbil kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 144 kv.m olan ikimərtəbəli 8 otaqlı ev yanaraq yararsız hala düşüb. Evdə olan bütün əşyaların yanmasına baxmayaraq otaqlardan birində olan “Quran”a heç bir şey olmayıb.Yaxınlıqdakı tikililər yanğından mühafizə olunaraq yanğın saat 22:39-da yanğınsöndürənlər tərəfindən söndürülüb.








