ArxivIslamXəbər lentiXəbərlər

Masallıda Məhkəmə qarşısında saxlanılanlar sərbəst buraxılıb

Xəbərlərimizi Sosial şəbəkələrdə izləyin!

Xəbər verdiyimiz kimi bu gün Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü imam cümə Şeyx Sərdar Hacıhəsənlinin saxlanılmasının ardınca Masallıda onun qanunsuz saxlanılmasını eşidib və vəziyyəti ilə maraqlanmaq üçün məhkəmə önünə gələn 4 nəfər saxlanılmışdı.

məhkəmə önündə saxlanılan şəxslər sərbəst buraxılıb.

Onlardan polis bölməsində izahat alınıb. Həmçinin onlara qarşı Azərbaycan Respublikası inzibati xətalar məcəlləsinin 510-cu maddəsi ilə ittiham irəli sürülərək hər birinə 100 azn cərimə təyin edilib.

1) Jurnalist Mirələm Həşimov
2) İnanclı Elnur Məhərrəmov
3) İnanclı Emil Qurbanlı
4) İnanclı Anar İsazadə

Qeyd edək ki, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin müvafiq maddəsində deyilir:

Maddə 510.
Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi 340 hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə- əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button