ArxivXəbər lentiXəbərlər
Masallıda məsciddə oğurluq hadisəsi qeydə alınıb – Foto

Masallı rayonu Bədalan kəndi Dəmrçi məhəlləsində yerləşən məsciddə oğurluq hadisəsi baş verib.
Bədalan kəndidən Cenubnews.com-a verilən məlumata görə, Yanvarın 5-i saat 05:00 radələrində Bədalan kənd məscidinin pencərəsinin kilidi sındırılıb açılaraq 4-ədəd böyük mis qazan və nəzir qutusu qırılaraq içindəki pul naməlum şəxs tərəfindən oğurlanıb.
Hazırda polis əməkdaşları oğurluq faktı ilə bağlı əməliyyat-axtarış tədbirləri və araşdırmalar aparırlar.