ArxivXəbərlər

Masallının icra başçısınin sahibkar sevgisi və çörək biznesi

images (1)

NÖMRƏLİ SAHİBKAR ONUN ÖZÜDÜR.

12 fevral tarixində keçirilən müşavirədə prezident İlham Əliyev icra başçılarına üzünü tutaraq onları sahibkarlarla rəftarda ehtiyatlı olmağa səslədi və həmçinin bildirdi ki, kimisə zor gücünə, hansısa təzyiq hesabına rayonlarda görülən abadlıq işlərinə cəlb etmək yolverilməzdir.
Bildirək ki, hətta prezidentin bu səpgili sərt mövqeyi belə bir sıra icra başçıları üçün əhəmiyyətsiz hesab olunmaqdadır. Əgər belə olmasaydı, ayrı-ayrı yerlərdən məhz sahibkarlara qarşı «səlib yürüşü» xəbərləri mətbuatda kütləvi xarakter almazdı.
Amma bəzi rayonlarda isə sahibkarların elə də problemləri yoxdur. Əksinə, sahibkarlar problem yaradır ki, bunun da maraqlı səbəbi var imiş.
Redaksiyamıza məlumat verən rayon sakinlərinin sözlərinə görə, bu gün Masallı rayonu ərazisində “Sevinc”, “Elit”, “Gülüstan”, “Avro” “Həyat”, «Türk» mebel mağazalarının sahibləri işçilərin əmək hüquqlarını pozaraq onlarla əmək müqaviləsi bağlamadan işlədirlər. Həmçinin sözügedən ticarət obyektlərində vergidən yayınma halları mövcuddur.
Əldə etdiyimiz məlumata görə, bütün bu özbaşınalıqlara Masallı rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov himayədarlıq edir. Qeyd edək ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin adamı kimi tanınan Rafil Hüseynov əvvəllər PA-da Ağcabədi rayonu üzrə kurator vəzifəsində çalışıb və elə buna görədir ki, onun obyektlərində qanunsuzluq kuliminasiya həddindədir. Yəni Ramiz Mehdiyevə güvənən başçı dövlətin qanunlarını rəsmən bir kənara atıb.
Rafil Hüseynov məhz bu qüdrətinin sayəsində bir müddət əvvəl hətta Masallının keçmiş icra başçısı, hazırda Astara rayonuna rəhbərlik edən Qəzənfər Ağaeyvin obyektlərini də darmadağın etmə cəsarətini ortaya qoydu və bu gün keçmiş başçıya aid obyektlər də demək olar ki, Rafil Hüseynova işləyir.
Onu da bildirək ki, Rafil Hüseynovun obyektlərilə bağlı redaksiyamıza maraqlı məlumatlar daxil olub. Və bu məlumatların bəzilərində ciddi ittihamlar yer aldığından, araşdırma aparmaq qərarını verdik. Yaxın günlərdə Masallıdan şok reportajı siz də izləyə bilərsiniz.
Bütün tərəfləri dinləməyə hazırıq. Bizi izləməkdə davam edin…

Rafil Hüseynov rayonun Oncaqala kəndində yerli biznesmenlə çörək zavodu tikdirib

Masallının icra başçısı Rafil Hüseynov yerli biznesmenləri sıradan çıxarmaq, habelə özünə qazanc yerləri yaratmaq üçün bir sıra planlarının icrasına başlayıb. icra balşçısının hədəfə aldığı əsas sahə çörək biznesidir.
Belə ki, Rafil Hüseynov bir müddət əvvəl yerli iş adamlarından olan Rafiq adlı şəxslə birlikdə rayonun Oncaqala kəndində çörək zavodu inşa etdirib. Məlumatda deyilir ki, icra başçısının dəstəyi və yardımı ilə ərsəyə gələn həmin çörək zavodu Masallıdakı digər çörək satanların işini çətinə salıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button