ArxivXəbər lentiXəbərlər

Bakı-Məşhəd aviareysi bu gündən başlayaraq həyata keçirilir

İlk dəfə olaraq Bakı-Məşhəd-Bakı aviareysi bu gündən etibarən həyata keçirilməyə başlayır
İslaminSesi İran mətbuatına istinadla xəbər verir ki, bu aviareys həftədə iki dəfə həftənin bazar və 3-cü günlərində həyata keçiriləcək.

Aviareysin qrafikinə görə, yerli vaxtla saat 18-də Məşhədin Şəhid Haşeminejad hava limanından Bakıya uçan təyyarə saat 21 –də Bakını Məşhəd istiqamətində tərk edəcək.

İranın Xorasan Rəzəvi rəsmiləri bildiriblər ki, bu reys Ata Aviasiya şirkətinin 150 nəfərlik AirBus 320 təyyarəsi ilə həyata keçiriləcək.

Əlavə edilib ki aviareysin artırılaraq, həftədə 4 dəfə həyata keçirilməsi ehtimalı da var.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button