ArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər
Müsəlman biznesmen hər gecə ehtiyaclılara çörək paylayır

mərakeşli Əhməd bin Əbdürrəhman Belçika paytaxtı Brüsseldəki otelinin qapılarını evsiz insanların üzünə açıb.
Müsəlman biznesmen deyir ki, İslamın təqdir etdiyi işləri görür – gedəcək bir yeri olmayan insanlara sığınacaq verir və öz avtomobili ilə gecələr ehtiyaclılara çörək paylayır.
Əhməd artıq 27 ildir ki, Brüsselin mərkəzindəki Qran-Plan turistik meydanınna aparan küçələrdən birində otelçiliklə məşğuldur.
Şəhərdə həmin xeyirxah müsəlmanı çox insan tanıyır. O, həm də şən, enerji dolu və ünsiyyətcil xarakteri ilə də məşhurdur.
O, çətinliyə düşmüş insanlara yardım edə bildiyi üçün sevincliyidir:
“Mən humanistəm, mən müsəlmanam”.