Aktual
Mehriban Əliyeva prezidentliyə namizəddir

Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın qarşıdakı prezident seçkilərinə namizəd olduğu bildirilir.İqtidaryönümlü Demokratik Azərbaycan Dünyası Partiyası (DADP) qarşıdan gələn prezident seçkilərində namizəd kimi ölkənin birinci xanımı Mehriban Əliyevanın namizədliyini irəli sürüb. Bu haqda veteninfo.az saytı xəbər verir.Saytda xanım Əliyevanın namizədliyinin irəli sürülməsi ilə bağlı keçirilmiş partiya konfransının videogörüntüsü də yerləşdirilib.