Almaniya kansleri Angela Merkelin Gürcüstana rəsmi səfər edib. FaktXəbər bildirir ki, Merkeli gətirən təyyarə Tbilisi Beynəlxalq hava limanına nəzərdə tutulandan 15 dəqiqə tez enib.
Hava limanında Merkeli Gürcüstanın baş naziri Mamuka Baxtadze qarşılayıb. Merkel və Baxtadzenin mətbuat üçün birgə bəyanatla çıxış edəcəkləri bildirilir.
Almaniya kansleri Gürcüstan prezidenti Georgi Marqvelaşvili ilə də görüşəcək.