ArxivXəbər lentiXəbərlər

AİP rəhbərliyi Quba rayonunda olub – FOTO

Mübarək Ramazan ayı münasibəti ilə Azərbaycan İslam Partiyasının (AİP) Quba rayon komitəsi iftar süfrəsi təşkil edib. İftar süfrəsinə AİP rəhbərliyi və funksionerləri, rayon ağsaqqalları, komitə sədrləri, yerli inanclılar qatılıblar.

İftar süfrəsindən sonra çıxış edən ruhani alim, AİP-in sədr əvəzi Hacı İlham Əliyev tədbir təşkilatçılarına öz təşəkkürünü bildirdi.

İnsana verilən həyatın və ömrün dəyərli olduğunu söyləyən Hacı İlham Əliyev, belə bir gözəl nemətin Allah tərəfindən hər bir insana bəxş edildiyini qeyd etdi.

Və belə bir nemətin hər insana bir dəfə qismət olduğunu söyləyən ruhani alim, “insan ömrünün də Allah yanında özünə məxsus qiyməti və ölçüsü var. Hər elmin əzəməti və şərafəti isə onun mövzusuna bağlıdır. Mövzu nə qədər əzəmətli və şərafətli olarsa, həmin mövzu ətrafında bəhs edilən elmin də şərafəti bir o qədər yüksəkdir. İnsan ömrünün də şərafətli olmasının ölçüsü və dəyəri bundadır ki, Allah insana ömür verib və buna görə də sorğu sual edəcək”,  – deyə bildirdi:

“İmam Sadiq(ə) buyurduğu hədislərdən birində “Insan öz ömrünü harada fani edib” – deyə sual ünvanlayır. Allah insanın ömrünü dəyərləndirmək istəyir və bunun üçün də sual edir ki, sən bu ömürünü harada, hansı yolda və istiqamətdə sərf eləmisən. Bu baxımdan yalnız ömürünü düz və səmərəli yolda xərcləyənlər qiymətləndiriləcəklər.”

Hacı İlham Əliyev çıxışının davamında bildirdi ki, Ramazan ayı da Allahın insanlara ömürlərini dəyərləndirmək və qiymətə mindirmək üçün verdiyi bir fürsətdir: ”Bu ayda ən çox edilən dualardan biri də budur ki, insanlar Allahdan ömürlərinin islah edilməsini və düzgün yolda istifadə olunmasını istəyirlər. Gələcək taleyimiz bu ayda və bu ayının içindəki mübarək Qədr gecələrində həll edilir. Dualarda Allahdan uzun ömür istənilir ki, məhz həmin ömürü Allaha bəndəçilikdə və onun dininə xidmət etməkdə keçirmiş olaq. Allah dininə xidmət etməkdə o qədər mühüm və əzəmətli məsələdir ki, dualarda Allahdan istənilir ki, İlahi bu iş üçün məni məndən başqası ilə əvəz etmə. Sanki bu yaxşı əmələ görə digərləri ilə yarışmaq və onlardan qabağa keçmək istənilir.”

Ruhani alim çıxışını Həzrəti Nuh(ə)-dan nəql edilən bir hədislə davam etdi: “Həzrəti Nuh(ə) ona verilən əmr əsasında hər heyvandan bir cüt özü ilə gəmiyə mindirməli idi. Bütün heyvanları yığıb qurtarandan sonra bir dənə ulağ qalmışdı ki, onu nə illah edirdisə gəmiyə mindirə bilmirdi. Nə qədər cəhd elədisə mümkün olmadı. Nəhayət də bunu görən şeytan kənardan çıxıb dedi ki, ya Nuh bir kəlmə bismillah desən uzunqulaq rahat formada minəcək gəmiyə. Həzrəti Nuh(ə) şeytanın cavabında dedi ki, yox demərəm. Şeytan isə cavabında dedi ki, məgər səni bu qədər zəhmətlərin və hədəfin məhz bismillaha, yəni Allah adına görə deyil ki, məhz buna görə də Allahdan sel tufan istəmisən….?

Həzrəti Nuh(ə) cavabında bildirdi ki, ey Şeytan mən o bismillahı deyərəm ki, onun deyilməsini məndən Allah istəsin, nəyin ki, sən….Mən Allahın nazil etdiyi bismillahın təbliği ilə məşğulam nəyin ki, sənin dediyin.

Bəzi hallarda şeytan möminləri bu cür dinlə aldatmağa çalışdığı üçün bizlərə də Həzrəti Nuhun(ə) ayıqlığı və sayıqlığı lazım olur. Eyni zamanda Əhli-Beyt(ə) kimi böyük bir xəzinənin əlimizdə olması bizlərə bu cür təlatümlərdən və çətinliklərdən çıxmağa yardımçı ola bilər. İmam Xomeyni(r.ə) də öz vəsiyyətnaməsində qeyd edir ki, heç bir dininin və məktəbin Nəhçül Bəlağə, Səhifeyi-Səccadəyi kimi xəzinəsi yoxdur. Bu yalnız Əhli-beyt(ə) məktəbinə məxsusdur. Öz düşüncələrimizi və əqidələrimizi bu kitabların əsasında formalaşdırmalıyıq. Qurani -Kərimin həqiqətini bu kitablarsız başa düşmək qeyri-mümkündür.”

Sonda ruhani alim qeyd etdi ki, Allahın saf qəlbli və səmimi bəndələrdən daha çox xoşu gəlir: “Allah üçün saf və səmimi bəndələri daha tez qəbul edir. Şərt deyil ki, insan əllamə ola və bütün kitabları oxuya. Əsas olan insanın öyrəndiyinə və bildiyinə əməl etməsidir. Az olsun amma keyfiyyətli və davamlı olsun.(İslaminSesi)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button