ArxivmədəniyyatXəbər lentiXəbərlər
Metronun qapıları niyə açılmadı?

Bu barədə sərnişinlər “Qafqazinfo” ya məlumat verib. Məlumatda bildirilir ki, qatara 4 giriş qapılarından yalnız biri işləyib ki, bu da stansiyada sərnişin sıxlığına səbəb olub.
Bakı Metropoliteninin Mətbuat Xidmətinin rəhbəri Nəsimi Paşayev giriş qapılarının bağlanması ilə bağlı facebook hesabında açıqlama yayıb. O bildirib ki, metronun 20 yanvar stansiyasına giriş bağlanmayıb: “Qapılarda da hər hansı problem yoxdur. Sərnişin sıxlığı olduğu üçün təhlükəsizliklə əlaqədar sərnişin axınını nizamlamaq üçün tədbirlər görülür. Bütün bunlar stansiyada hər hansı xoşagəlməz hadisənin baş verməməsi üçündür. İstər qatarların hərəkətində, istərsə də stansiyada hər hansı nasazlıq, problem yoxdur”.