ArxivXəbər lentiXəbərlər
Meydan TV-nin daha üç jurnalisti birgə saxlanıldı – Foto

Meydan TV-nin daha üç əməkdaşı sərhəddi keçən kimi saxlanılıblar.
AzadXeber.az-ın məlumatına görə, jurnalistlər-İzolda Ağayeva, Sevinc Vaqifqızı və Aytən Fərhadova hava limanından Hava Nəqliyyatında Polis İdarəsinə aparılıblar. Onlar Azərbaycana daxil olarkən saxlanılıblar. Jurnalistlər gecə 01.00 radələrində polis idarəsinə aparılıb. Bu barədə saxlanılanların özləri məlumat veriblər.
Bundan əvvəl sentyabrın 16-sı Meydan TV-nin əməkdaşı Aytac Əhmədova DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə (BMCMİ) aparılıb. A.Əhmədova sərbəst buraxıldıqdan sonra ardınca adıçəkilən saytın əməkdaşı Şirin Abbasov həmin gün saxlanılıb. Ona polisə müqavimət göstərmək ittihamı ilə 30 sutka inzibati həbs cəzası verillib.