AktualAktualArxivXəbər lentiXəbərlər

Qafqaz Mədəniyyət Mərkəzinin idarə heyəti Ali Məqamlı Rəhbərin İlham Əliyevlə görüşü barədə dəyirmi masa keçirib

Dünya Müsəlmanlarının Vəliyyi-əmri:Azərbaycan xalqı da sayıq, məlumatlı və çox yaxşı bir xalqdır.Azərbaycanxalqınınmüsəlman-şiə inancı dəyərli bir sərmayədir.

Qafqaz Mədəniyyət Mərkəzi – Qafqaz Mədəniyyət Mərkəzinin idarə heyətinin və elmi heyətinin üzvləri öz növbəli iclasında Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin İran İslam Respublikasına səfəri və onun Dünya Müsəlmanlarının Vəliyyi-əmri Ayətullah əl-üzma İmam Xamenei ilə görüşünü araşdırmışdır. İclasda bildirilib: Ali Məqamlı Rəhbər bu görüşdə Azərbaycan Respublikasının prezidentindən İslam maarifinin və dini şüarların yayılmasınıtövsiyə edərək xatırladıb: “Xalqın dövlətləri dəstəkləməsi, onların məzhəbi istəklərinə hörmətlə yanaşmaq və öz dini mərasimlərini keçirməkdə azad qoymağın sayəsində yaranır”. Ayətullah əl-üzma Xamenei Azərbaycan xalqının müsəlman-şiə inancı dəyərli bir sərmayə adlandıraraq deyib: “Dövlət tərəfindən İslam təlimlərinin genişləndirilməsi, dininzahiriatributlarınavədiniayinlərəhörmətləyanaşılmasıictimaiyyəttərəfindənalqışlanacaqvətəhlükələrqarşısındaxalqınona dayaq durmasına səbəb olacaq. Ona görə də şiəlik və dini əsaslar Azərbaycan Respublikasında gücləndirilməlidir”.

Həzrət Ayətullah Xamenei Azərbaycan xalqının sayıq, məlumatlı və çox yaxşı bir xalq olmasını vurğulayaraq bu ölkəni böyük müsəlman alimlər yetişdirmiş və hal-hazırda yetişdirən, dərin dini, tarixi və mədəni köklərə malik bir ölkə adlandırıb.

Həmçinin, Ali Məqamlı Rəhbər iki ölkə xalqının ortaq mədəniyyət, tarix və dinə malik olduğunu, onların arasında dərin, yüksək, hətta dostluq və qonşuluqdan da yüksək olan qardaşlıq bağlılıqları olmasını vurğulayıb.

Qafqaz Mədəniyyət Mərkəzinin idarə heyəti Ali Məqamlı Rəhbərin bəyanatlarına diqqət edilməsinin və Azərbaycan Respublikasının müsəlman-şiə xalqının etiqadlarına, islami atributlara hörmətlə yanaşılmasının zəruri olduğunu bildirib.

Qafqaz Mədəniyyət Mərkəzinin fikrincə, islamçıların inkişafı, məzhəbi etiqadların əsaslarına diqqətin artması, xalqın dini mərasimlərdə, xüsusilə də bu ilin Aşura mərasimlərində əzəmətli iştirakı İslam dünyasının bu ölkəyə diqqətni çəkmişdir. İmperializm və sionist rejimin əlləri İslam və şiəliklə mübarizə, İslam dünyasında fitnə yaratmaq ardınca olduğu bir durumda dövlətlər də təkfirçilər və fitnəkarlarla mübarizə etmək üçün xalqın dini etiqadlarına hörmətlə yanaşmalıdırlar. İran xalqı Azərbaycan xalqı ilə dəyərli ortaq tarixi və mədəni köklərə bağlı olduğundan bir-birinin taleyinə qarşı laqeyd qala bilməz və iki xalq arasındakı möhkəm əlaqələr hər iki ölkənin inkişafına səbəb olacaq.

DSC_0004 DSC_0005 DSC_0006 DSC_0007

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button