Milli Şura ilk mitinqini keçdi +(Foto)

“Siyasi məhbuslara azadlıq!”, “Azad və ədalətli seçkilər!” şüarlarını rəhbər tutan mitinq iştirakçıları artıq meydana toplaşıb
Xebername.org İnternet Qəzetinin xüsusi müxbirinin verdiyi məlumata əsasən, bu gün Milli Şuranın 20-ci sahəyə, sürücülük məktəbinin həyətinə təyin etdiyi aksiya keçirilib.
Aksiyaya şəhid ailələri də qatılıb. Qrup halında meydana şüar səsləndirərək daxil olan şəhid ailələrinə polis müdaxilə edib və tərəflər arasında qarşıdurma yaranıb.
Onların polis bölməsinə aparıldığı bildirilir.Əsgər valideynlərindən bir neçəsinin ürəyi gedib.Mitinqdə Müsavat partiyasının başqanı İsa Qəmbər, Azərbaycan Xalq Cəbhəsi partiyasının sədri Əli Kərimli, NİDA Vətəndaş Hərəkatının idarə heyətinin üzvü Turqut Qəmbər, El Hərəkatının sədri Eldar Namazov, Müsavat Partiyası gənclər təşkilatının sədr müavini Əhəd Məmmədli, Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər, KXCP sədri Mirmahmud Mirəlioğlu və digərləri hakimiyyəti tənqid edən sözlərlə çıxış edib. Mitinqdə iştirak edən insanların sayının 10 mindən çox olduğu bildirilib.