ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər
Milli Şura mitinq qərarı verib

Demokratik Qüvvələrin Milli Şurasınin (DQMŞ) aprelin 21-də saat 15.00-ə mitinq təyin etdiyi bildirilir.
Bu barədə Meydan TV-yə açıqlama verən Milli Şuranın sədri, professor Cəmil Həsənli danışıb.
O bildirib ki, mitinqlə bağlı aprelin 15-də Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edəcəklər:
“Biz aksiya üçün “Məhsul” stadionunu, Nərimanov və Dərnəgül metrostansiyalarının qarşısını göstərəcəyik. Müraciətdə aksiyanın təhlükəsizliyinin təmin edilməsi də, qeyd olunacaq”.
Cəmil Həsənli aksiyanın tələbləri sırasında demokratik seçkilərin keçirilməsi, siyasi məhbuslarının azad edilməsi, korrupsiyaya, talana son qoyulmasının yer aldığını vurğulayıb.
